main-post-cover

    xXx Performance-dan 690 at gücündə Huracan

    Digər
    07.05.2017
    Farid Pardashunas
    xXx Performance adlı alman tyuninq firması Lamborghini-nin 10 silindirli superkarı Huracan-a əl gəzdirib. Daha əvvəl xüsusi twin-turbo konfiqurasiyası ilə Gallardo-dan 1200 at gücü almağı bacaran tyunerlər Huracan-ı daha kiçik həcmli bir əməliyyatdan keçiriblər.

    xXx Performance-ın kiti ilə balaca Lambo 690 at gücünü özündə birləşdirir və 0-dan 100-ə cəmi 3 saniyədə qalxır. Lamborghini yaşılı ilə rənglənən avtomobilin yeni ayaqqabıları isə öndə 20 və arxada 21 düym olmaqla xrom Oxford 4-lərdir. 

    Avtomobilin interyerinə toxunmayan xXx Performance öz kitində Huracan-ın standart 7 pilləli sürət qutusundan istifadə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər