

Hamı elə düşünürdü ki, Xander Cage öz sevgilisi ilə birlikdə vəfat edib. Lakin bu başqalarından qorunmaq üçün bir hiylə idi. Artıq o geri qayıdır və yeni sirli tapşırıqları yerinə yetirməyə hazırdır. Onun yeni missiyası bütün dünya üçün təhlükəli olan "Pandora Qutusu” adlı gizli silahı tapmaqdır. Rejissoru D.J. Caruso-nun olduğu yeni filmdə baş rolları Vin Diesel, Ruby Rose, Samuel L. Jackson, Nina Dobrev, Donnie Yen və digərləri canlandırıblar. "xXx: The Return of Xander Cage” filminin premyerası 2017-ci ilin yanvar ayında baş tutacaq.
Şərh yoxdur