main-post-cover

    "xXx: The Return of Xander Cage" filminin premyera tarixi bəlli olub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Paramount Pictures studiyası "xXx: The Return of Xander Cage" filminin premyera tarixini təqdim edib. Verilmiş rəsmi məlumata əsasən film 20 Yanvar 2017-ci il tarixində izləyicilərə təqdim olunacaq. Ssenariyə əsasən Xander Cage öz komandası ilə Pandora mücrüsü adlı dəhşətli silaha sahib olmağa çalışacaq Xiang adlı adamı dayandırmaq üçün geri dönəcək. Nəticədə Xander hökumətin dərinliklərində yaranmış gizli və yalanla dolu həqiqətlərinə kimi gedib çıxacaq. Filmdə Vin Diesel-dən əlavə olaraq Nina Dobrev, Samuel L. Jackson, Ice Cube, Ruby Rose, Toni Collette, Deepika Padukone, Tony Jaa, Al Sapienza və Donnie Yen baş rolları canlandıracaqlar. Filmin rejissoru isə D.J. Caruso-dur. Qeyd edək ki, yeni filmin çəkilişləri artıq başlayıb. Seriyanın ilk filmi 2002-ci ildə böyük ekranlara çıxmış və böyük uğur qazanmışdır. 3 ildən sonra çıxmış ikinci filmdə isə Vin Diesel iştirak etməmişdi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər