Yaddaşı dolmayan ilk və tək telefon: Nextbit Robin

Yaddaşı dolmayan ilk və tək telefon: Nextbit Robin

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Ağıllı telefonlar, satışa çıxdığı ilk tarixdən bu yana markalar tərəfindan fərqli özəlliklərlə alıcılara təqdim edilir. Hər il telefon istehsal edən şirkətlərin sayı artır, yeni özəlliklərə malik telefonlar satışa çıxarılır. Hər modelin özünə məxsus müsbət və mənfi cəhətləri var, amma istifadəçilər ən çox yaddaş və batareya həcminə görə əziyyət çəkir.
 


Nextbit, telefon sahəsinə yeni qoşulan şirkətlərdən biridir. Normalda yeni şirkətlər aşağı qiymətlərlə yüksək funskiyalı telefonlar sataraq alıcıların diqqətini çəkməyə çalışırlar. Nextbit bu ənənəni dəyişdirəcək bir telefonla bazara daxil olub.
 


Nextbit\'in ilk telefonu olan Robin, yaddaş həcmi doldurula bilməyən ilk və tək telefondur. Robin normalda standard olaraq 32 GB yaddaşa sahib olsa da Nextbit\'in sistemi sayəsində, telefonun dolu yaddaşı müəyyən bir həddə çatdıqda video, şəkil ve sənədləri avtomatik olaraq telefonun sahib olduğu bulud servisinə yükləyir. Beləliklə sizə əziyyət vermədən telefonun yaddaşının dolmağının, telefonun yavaş işləməsinin və sizin üçün vacib olan faylların silinməsinin qarşısını alır.
 


Hal-hazırda demək olar ki, bütün markalar və telefonlar bulud sisteminə malikdir, amma Robin\'in bu özəlliyi ona "Yaddaşı dolmayan telefon" deyə bilməyimizə şərait yaradır. Robin, bu özəlliyi ilə yanaşı 5.2 düym 1080p ekrana, Qualcomm Snapdragon 808 prosessora, 3 GB RAMa, 2680mAh batareyaya və 13 megapixel arxa kameraya sahibdir. Əlavə olaraq Robin\'in "Yaddaşı dolmayan telefon" adlandırmağımıza şərait yaradan bulud sistemi, 100 GB yaddaş həcminə sahibdir.
 


Robin\'in ön sifariş vasitəsilə satışı bugün başlayıb. Ön sifarişin ilk bölümündə telefonu alanlar 300$, digər bölümdə alanlar isə 350$ ödəməklə telefona sahib ola biləcəklər. Telefonun normal satış qiymətinin 400$ olacağı bildirilib, yəni almağı düşünənlər ön sifarişin ilk bölümündə telefonu aldıqda 25% endirimdən faydalana biləcəklər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×