main-post-cover

    Yaddaş kartının saxta olub olmadığını necə bilmək olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hər gün çəkilən şəkillər, videolar və çoxalan musiqilər telefonların yaddaşını doldurur və istifadəçilər də təbii olaraq çıxış yolunu üçün SD kart almaqda görürlər. Amma mobil telefonlarda olduğu kimi yaddaş kartlarının da saxta versiyaları mövcuddur. Lakin bu kartlar çox kiçik olduqlarından onların saxta olub olmadıqları gözə çarpmır. Bəs görəsən necə saxta və əsl sd kartı ayırmaq olar? 
     
    Saxta kartlar əsl versiyalardan qat-qat zəif olurlar və eyni zamanda çox tez sıradan çıxırlar. Amma kartı alıb cihaza taxmadan hər şeyi bilmək üçün tək üsul kartın görüntüsünə diqqət yetirməkdir. Əsl yaddaş kartlarının üzərindəki yazılar çox aydın və dəqiq olur. Eyni zamanda kartın özü də səliqəli və düzgün kəsilmiş olur. 
     
    Fərqi daha aydın görmək üçün aşağıdaki şəkillərə diqqət yetirə bilərsiniz.
     
     
    Şəkildən də aydın göründüyü kimi sol tərəfdəki kartın üzərindəki yazılar solğun və səliqəsizdir. Eyni zamanda bu yazılar tez pozulur. Deməli sol tərəfdəki kart saxta versiyadır.
     
    Bəs sizcə bu şəkildə üstdəki versiya saxtadır yoxsa aşağıdaki?
     
     
    Bu şəkildə saxta versiya sol tərəfdəki kartdır. Bu saxta modelin alt hissəsinin qara rəng olması və rəngdəki solğunluq onu biruzə verir.
     
    İkinci şəkildə aşağıdaki kartın saxta olduğunu düşünürsünüzsə o zaman artıq saxta ilə əsl yaddaş kartını ayıra bilirsiniz.
     

    Linki kopyala