
Yaddaş mexanizmamız ilə əlaqədar yeni kəşflər edildi
07.05.2017
Farid Pardashunas
Elm adamları beynin yaddaş hüceyrələrinin iş mexanizmləri ilə əlaqədar yeni kəşflər etdi. Bu yeni inkişaflar bəzi xəstəliklərin inkişaf prosesinin araşdırılmasında faydalı olacağa bənzəyir.
Duke Universiteti tədqiqatçıları beynin yaddaş
mexanizmi ilə əlaqədar təəccüblü nəticələr əldə etdi. Tədqiqatçılara görə bu
mexanizm Epilepsiya kimi xəstəliklərin inkişaf prosesinə işıq tuta bilər.
Tədqiqatçılar müxtəlif kimyəvilərlə siqnal
verici neyronları təqlid edərək etdikləri təcrübədə siqnal alan tərəfdəki
neyronların da müxtəlif kimyəvi maddələr ifraz edərək xəbərləşmədə təsirli
olduğu nəticəsinə çatdı. Təcrübələri siçanlar üzərində edən elm adamları
araşdırdıqları qəbuledicilərin insanda da yaddaş üzərində rol oynadığını və bənzər
bir mexanizmin epilepsinin daxilində də iştirak etdiyini ifadə etdi.

Bu sayədə başda beynin temporal lobunda (beynin öyrənmə və yaddaş əlaqələri ilə əlaqədar qismi) ortaya çıxan və ən sıx
görülən epilepsiya növü olan TLE (Temporal Lobe Epilepsy) olaraq adlandırılan xəstəlik
olmaqla müxtəlif nevroloji xəstəliklərin inkişaf prosesinə bağlı daha çox məlumat
əldə edə biləcəklər.
Mövzu üzərində bənzər mexanizmləri də
araşdıran elm adamlarının işləri isə davam edir.

Polad Tağıoğlu
Redaktor
Linki kopyala
Həftənin xəbərləri

