Telefonunuzun yaddaşında boş yer açmaq üçün 7 üsul

Telefonunuzun yaddaşında boş yer açmaq üçün 7 üsul

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Telefonunuzun yaddaşı ilə bağlı problemlər yaşayırsınızsa sizin üçün seçdiyimiz və bəlkə də bir çoxunuzun etdiyi 7 üsulu təqdim edirik.

Müasir telefonların bəziləri SD kart dəstəyi ilə gəlmir. Əgər siz iPhone istifadəçisisinizsə yaddaş problemi ilə tez-tez qarşılaşırsınız desək, yanılmarıq. Telefonun yaddaşı dolan halda əksər istifadəçilər nə edəcəklərini bilmirlər. Nəyi silək ki, sonra bizə vacib lazım olmasın? Hansı üsullardan istifadə etsək həm bizə lazım olan fayllar qalar, həm də əlavə yaddaş açılar? Əgər siz də sırf bu problemlə üzləşirsinizsə aşağıda qeyd edəcəyimiz 7 metoddan istifadə etməyinizi məsləhət görürük.

1. Media fayllarınızı bulud yaddaşlarına köçürün.

Əgər hər hansı bulud platformasının üzvüsünüzsə, üzv olduğunuz platformanın mobil əlavəsini telefona yükləyib, sizə lazım olan media fayllarını həmin bulud yaddaşa köçürə bilərsiniz. Bunun nəticəsində həm şəkilləriniz silinməyəcək, həm də yaddaşda əlavə yer aça biləcəksiniz. Nümunə olaraq, "DropBox", "One Drive" bulud yaddaşlarını sizə məsləhət görə bilərik.


2. Eyni şəkilləri silin.

Xüsusilə qızlara aid edə biləcəyimiz bu vəziyyət əslində böyük problemdir. Eyni şəkildən yaxşı düşsünlər deyə 20-30 ədəd çəkdirən xanımlar, bunlar arasından cəmi 1 dənəsi seçib, paylaşırlar. Geridə qalan şəkillər isə yaddaş tutmaqdan başqa heç bir işə yaramır. Əlavə yaddaş istəyirsinizsə bu şəkillərdən can qurtarmalısınız. Bundan əlavə tarixi əhəmiyyəti və xatirə olmayan, "facebook" və "messenger"dən gələn şəkilləri də silmək məsləhətdir.


3. İstifadəsiz tətbiqlərdən can qurtarın.

Test üçün yaxud dostunuzun xahişi ilə yüklədiyiniz tətbiqlər yəqin ki, telefonunuzda yer almaqdadır. Bundan əlavə uzun müddətdir ki, istifadə etmədiyiniz və telefonunuzda boşu-boşuna yer tutan tətbiqləri silməyiniz məsləhətdir. Bundan əlavə bağladığınız və oynamadığınız oyunları da bu kateqoriyaya əlavə etmək olar.


4. Musiqi servislərindən istifadə edin.

Artıq texnologiyanın inkişafı ilə ayaqlaşmaq dövrüdür deyə bilərik. Telefonlara "mp3" yükləmək dövrü bitib. Artıq online stream edən musiqi tətbiqlərindən istifadə etməyiniz telefonunuzun yaddaşı baxımdan faydalıdır. İstər pullu, istərsə də pulsuz musiqi axımı edən servislər mövcuddur. "SoudCloud", "Deezer" tətbiqləri buna misal ola bilər. 


5. Yüksək keyfiyyətdə şəkil və video çəkməyin.

Əgər çəkəcəyiniz şəkil və video "instagram""facebook" üçündürsə və əlamətdar bir hadisə deyilsə həmin şəkili yaxud videonu aşağı keyfiyyətlə çəkmək məsləhətdir. Onsuzda "facebook" keyfiyyəti aşağı salır və şəkillər, tam ölçüləri ilə profilinizə düşmür. Bunun görə kamera sazlamalarından yaddaşı azaltmaq üçün şəkillərinin keyfiyyətini normal seçmək məsləhətdir. Bu da öz növbəsində çəkdiyiniz şəkillərin yaddaşda az yer tutmasına səbəb olacaq.


6. WhatsApp "media file"-larını silin.

Əgər "Whatsapp"da aktiv istifadə etdiyiniz qruplar varsa, deməli sizin mediada xeyli sayda şəkil və video var. Media hissəsinə baxanda qəribə şəkillər ilə qarşılaşa bilərsiniz və bu şəkillərin qətiyyən sizə adiyyatı yoxdur. Elə isə həmin media fayllardan və dostlarınızın sizə göndərdiyi media fayllardan can qurtarmaq və yaddaşda yer açmağın əsl vaxtıdır. Əgər mexaniki olaraq əl ilə silmək çətindirsə, bu zaman "Magic Cleaner" adlı tətbiqdən istifadə edə bilərsiniz.


7. Tətbiqlərin tutduğu əlavə yaddaşları silin.

Hər bir tətbiqin xüsusilə sosial şəbəkə tətbiqlərinin özlərində saxladığı əlavə yaddaş var. Bunlar hansısa şəkillər, linklər ola bilər. Bunları silmək həm yaddaşda yer açacaq həm də sizin telefonunuzun sürətli işləməsinə səbəb olacaq. Bunun üçün telefonunun sazlamalar menyusundan tətbiqlərə nəzər salmağınız və onların əlavə datalarını təmizləməyiniz məsləhətdir.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×