Yahoo hesablarını alan şəxs onun illeqal sahibi olacaq!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Yahoo-dan oğurlanan 1 milyard hesab satışa çıxarılıb.
Artıq ikinci dəfə Yahoo-nun istifadəçilərinə
aid hesablar hackerlər tərəfindən ələ keçirilir. Amma bu dəfə hack olunan
hesabların həcmi digərlərindən çoxdur. Bu vəziyyətin nə qədər müddətdir belə
davam etməsi heç kəsə məlum deyil. Yahoo belə bir vəziyyəti inkar edə bilmədiyi
üçün onu açıqlamaq məcburiyyətində qalıb.
Hack olunan hesablar Dark Web-də satışa
çıxarılıb. Həm də bu qədər hesab üçün tələb olunan qiymət də çox maraqlıdır. 1
milyard hesab üçün hackerlər 300.000 dollar pul tələb edirlər. Maraqlı olan bir
digər məqam isə bu hesabaları alan şəxsin məlumat bazası idarəsini də ələ ala
bilməsidir.
Yəni başqa sözlə desək, məbləği ödəyən şəxs Yahoo-nun illeqal (qeyri-qanuni)
sahibi olmağa hak qazanır. Qeyri-rəsmi məlumata görə, bu məbləği ödəməyə hazır
olduğunu bildirən 3 şəxs mövcuddur. ABŞ-ı narahat edən əsas məqam isə Amerikaya
aid 150.000 əsgərə aid hesabın da oğurlanan hesablar arasında yer almasıdır.
Yahoo hücumun Şərqi Avropa tərəfdən həyata keçirildiyini bildirsə də məlumat
tam təstiq olunmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!