main-post-cover

    Yalnızlıq çəkən insanlara, selfie üçün dost və qohum icarəsi xidməti

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Müasir dünyada yalnızlıq, bir çox insanlar üçün əsas problemə çevrilib.

    Yaponiyada bu problem daha sıx qarşılanır. Yaponiyada fəaliyyət göstərən "Family Romance” şirkəti, bu problemi aradan qaldırmaq üçün xüsusi xidməti işə salıb. Belə ki, istənilən şəxs, selfie üçün dost və ya qohum icarəyə götürə bilər. Təbii ki, icarəyə götürüləcək dost və qohumlar, şəxsin əsl dost və qohumları olmayacaq. Lakin həmin şəxsin sosial şəbəkədəki dostları, çətinki bunu biləcəklər. Bu üsul ilə çəkilmiş fotolar normal və əyləncəli görünəcək. Sözügedən şirkət, bu cür fotoların çəkilməsi üçün potesial dostlar kataloqu təqdim edir. Kataloqda təqdim olunmuş insanları seçəndən sonra onlarla müəyyən bir yerdə 2 saatlıq fotosessiya üçün görüş keçirilir. İcarəyə götürülmüş hər bir dostun qiyməti 73$ təşkil edir. 2 saat ərzində yüzlərlə foto çəkdirmək olar. Sözügedən ideyanın müəllifləri qeyd ediblər ki, bu xidmətdən daha çox, real həyatda dostu olmayan insanlar və keçmiş dostuna və ya sevgilisinə acığ vermək istəyən şəxs yararlanır. Bundan əlavə olaraq dost və qohum icarəsini, toy, ad günü və s. bayramlar üçün də reallaşdırmaq olar.

    Linki kopyala