Yanınızda gəzdirə biləcəyiniz bulud servis cihazı təqdim olunub
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Məlumatların bulud servislərdə saxlanılmasında sözsüz ki, müsbət cəhətlər var.
Lakin bulud servislərin əsas problemlərindən biri odur ki,
istifadəçilər öz məlumatlarını heç cür idarə etmirlər. Serverdə ola biləcək istənilən
nasazlıq və ya hackerlərin hücumu, istifadəçinin məlumatlarının itməsinə səbəb
ola bilər. Bulud servislərin əlverişliyi və təhlükəsizliyi ilə "Fasetto” şirkəti
məşğul olub. Belə ki, şirkət, CES 2017 sərgisində Link adlı kiçik bulud servis cihazını
təqdim edib. İstifadəçi, sözügedən cihazı hər zaman yanında gəzdirə bilər və
ona qoşulmaq üçün naqilə ehtiyac yoxdur. Cihazın daxilində "Samsung”un 2 TB-lıq
yaddaş həcmi və 8 nüvəli Exynos 7420 prosessoru yerləşir. Link-in korpusu
xarici zədələnmələrdən, ekstremal temperaturdan və atmosfer dəyişikliklərindən
qorunur. O hətta paltaryuyan maşında yuyulmaya belə tab gətirməyə qadirdir.
Link-in daxilindəki məlumatlara daxilolma, istənilən digər cihaz və
platformadan, Wi-Fi, mobil şəbəkə, Bluetooth və USB Type-C girişi vasitəsilə həyata
keçirilir. Xüsusi proqram təminatı sayasində istifadəçi öz məlumatlarını
qorumaq üçün giriş hüquqlarını və şifrələməni öz istədiyi kimi ayarlaya bilər.
2 TB-lıq versiya, 1150$ qiymətinıə satılacaq. Lakin istifadəçilər üçün 256
GB-lıq versiya da təqdim olunacaq. Onun qiyməti isə 349$ təşkil edəcək. Cihazın
daxilindəki LTE modula görə ayrıca 150$ ödəmək lazım gələcək.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!