main-post-cover

    Yapon şirkətindən yeni ağır olmayan ekzoskelet

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Yapon şirkəti olan Innophys qaldırılan əşyaların çəkisini 30 kq-a qədər azaldan yeni ekzoskeleti təqdim edib. Yeni ekzoskelet hidravlika ilə çalışaraq ondan istifadə edən insanın əl və ayaqlarını bir növ süni əzələlər ilə təmin edir. Bu isə öz növbəsində ağır əşyaların qaldırılması zamanı insanı əlavə güclə təmin edərək köməklik edir. Əslində ekzoskelet əşyaları qaldırmır. Sadəcə olaraq həmin əşyaların çəkisini olduğundan daha yüngül edir. Tokio elmlər institutu nəzdnində yaradılmış və sonradan ayrı bir şirkət kimi fəaliyyət göstərən Innophys yeni ekzoskeleti ilk dəfə bu ayın əvvəlində Tokyo International Robot sərgisində təqdim etmişdir. O nəinki ağır yüklənmənin olduğu kənd təsərrüfatı sahələrində hətda Yaponiyada sayca çoxalan yaşlı adamların baxılması zamanı da istifadə oluna bilər. 
     

     
    Hal-hazırda yaşlı adamların çoxluq təşkil edərək ayrıca bir qrup kimi hesab olunan Yaponiya əhali krizisi yaşayır. Əhalinin 26%-i 65 və yuxarı yaş qrupu, 13%-i isə 75 və yuxarı yaş qrupuna sahibdir. Bu göstərici isə növbəti 20-30 il ərzində getdikcə artacaq. Ekzoskeletin iki modeli təqdim olunub. Standart model 30 kq ağırlıqa malik yükü qaldırır. Bu modelin öz çəkisi isə 5.5 kq-dır. İkinci model isə daha yüngüldür. O 22 kq ağırlıqda yükü qaldırır. Yüngül modelin öz çəkisi isə 4.2 kq-dır. Yeni ekzoskeletləri Innophys şirkətinin rəsmi saytında $4900 qiymətinə almaqla yanaşı onları kirayə götürmək olar. Bir ay üçün kirayə məbləği $250 qiymətindədir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər