main-post-cover

    Yaponiya, daşınma və çatdırılmada drone\'ların istifadəsinin testinə başladı.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    2020-ci ilə qədər drone'ların bu sahədə geniş istifadə olunacağı planlaşdırılır.

     
    Chiba şəhərində Yaponiya hökuməti və bəzi şirkətlərin ortaqlığı ilə evlərə paketlərin drone vasitəsilə çatdırılma testlərinə başlanılıb. Sözü gedən test vasitəsi ilə şəhərdəki evlər, parklar və ticarət obyektləri arasında daşınma həyata keçirilib. 

    Japon Today'də yerləşdirilən məlumata görə növbəti hədəf 10 km uzaqda olan Tokyo Bay'dır. Layihənin mütəxəssisləri yağışlı və küləkli hava şəraitlərində də dronların hərəkət etməsi üçün çalışırlar. Bundan əlavə 2020-ci ildə keçiriləcək Olimpiada oyunlarında istifadə ediləcək evlərin balkonlarında dronların enə bilməsi üçün ərazilərin yaradılması planlaşdırılır. Buna bənzər başqa bir test fevral ayında Yaponyanın Naka qəsəbəsində sınaqdan keçirilmişdi. Əsas məqsəd ticarət və çatdırılmanın daha asanlaşdırılması və avtomatlaşdırılmasıdır. Görünən odur ki, Yaponya drone'lardan bütün sahələrdə istifadə etmək istəyir.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər