main-post-cover

    Yaponiyada Kyoto Universitetində saatlar qadağan olundu!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Texnologiyanın sürətlə inkişafı qurumları imtahanlarda daha çox tədbir almasına səbəb olur. Ağıllı telefonlar və bir müddətdir ağıllı saatlar imtahanlarda məlumat oğurluğunu daha da asanlaşdırır. İmtahanlara telefon və kalkulyator aparmaq onsuz da qadağan idi. Amma artıq imtahana ağıllı saat gətirmək də qadağan olunmağa başlayır. Amma ilk dəfə bir universitet yeni qərarı ilə bütün saatları qadağan etdi. 
    Yaponiyada Kyoto Universiteti imtahanlarda saat istifadə olunmasını qadağan etdi. 2011-ci ildə kopiya skandalı ilə gündəmə gələn Kyoto Universiteti aldığı yeni qəbul etdiyi qərar ilə ağıllı və ya normal saatların hamısının imtahana gətirilməsini qadağan etdi. Ağıllı saatların çoxalmasının və normal saatlardan seçilməməsi səbəbilə belə radikal qərar qəbul edilib.
    Kyoto Universitetində 2011-ci ildə 19 yaşlı bir tələbə imtahan zamanı sualların şəkilini ağıllı telefonu ilə çəkmiş və internetdə paylaşmışdı. Vəziyyətdən xəbərdar olan rəhbərlik isə imtahanı ləğv etmiş və həmin tələbəni həbs etdirmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər