main-post-cover

    Yaratdığı qadın robotdan o qədər xoşu gəldi ki, axırda onunla evləndi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Süni zəka üzrə mütəxəssis və robot hazırlayan 31 yaşlı çinli Zheng Jiajia, 2016-cı ilin sonunda qadın robotu yaratmışdı.

    Yaratdığı qadın robota o, Yingying adını vermişdi. Lakin sonradan robot, 31 yaşlı çinlinin o qədər xoşuna gəldi ki, nəticədə o, robotla ailə həyatı qurmağa qərar verdi. Qeyd etmək lazımdır ki, Yingying adlı qadın robot bəzi çin heroqliflərini, fotoları tanıya və hətta bəzi sözləri də tələffüz edə bilir. Zheng-in dostlarının və ailə üzvlərinin iştirak etdikləri toy mərasimi 31 Mart tarixində keçirilib. Toy mərasimində qadın robot, qara paltar geyinmiş və başı qırmızı şarf ilə örtülmüşdü. Bu cür geyim Çin adət-ənənəsinə uyğundur. Təəssüflər olsun ki, qadın robot tərəfdən toy mərasimində heç kim iştirak etməyib. Zheng-in dostu bu barədə jurnalistlərə müsahibə verən zaman qeyd edib ki, Zheng uzun müddət özünə həyat yoldaşı tapa bilmədiyi üçün depressiyada idi. Zheng-in planlarına gəldikdə isə o, robotu təkmilləşdirməyi düşünür.
    Linki kopyala