

Normal yuxu rejiminin sağlamlıq üçün düzgün qidalanma və fikizi aktivlik qədər önəmli olduğuna diqqət çəkən həkimlər, elektronik cihazların yuxu rejimini pozduğunu deyirlər. Yuxunu bədənin və zehnin özünü yeniləmə prosesi olduğunu qeyd edən həkimlər, əgər yuxuya getməkdə, səhər yuxudan durmağa çətinlik çəkirsinizsə, bunun səbəbinin elektronik cihazlardan yayılan maqnit dalğalar olduğunu qeyd edirlər. Gecə bir çox insan yuxuya getmək üçün telefonlarında ya oyun oynayırlar, ya da sosial şəbəkələrə nəzər yetirirlər. Həkimlər isə qeyd edir ki, belə olduqda sizin yuxuya getmə prosesinizdə ləngimələr olur. Beyin gecə özünü yuxuya hazırladığı bir vaxtda, birdən birə maqnit dalğalar qəbul etməklə yorulur. Bu da səhər oyandığınızda, baş ağrılarına, yuxudan durmaqda çətinlik çəkməyinizə, halsızlıq və yorğunluğa, stressə, məhsuldarlığınıza, diqqətinizin dağılmasına səbəb olur.
Gecə yatmamışdan öncə otaqdakı cihazları söndürün. Əgər mümkündürsə, onları otağınızdan çıxarın. Çünki, bu cihazlar söndürülmüş belə olsa, maqnit dalğalar yaymağa davam edirlər. Gecə rahat yuxuya getmək üçün təbii vasitələrdən istifadə edin. Məsələn, ilıq süd, ayran, çobanyastığı çayı, banan, badam, bal, qaysı kimi qidalardan istifadə edin. Bu həm sizin rahat yatmağınıza, həm də səhər daha enerjili və gümrah olmağınıza kömək edəcək.
Şərh yoxdur