Yatmazdan öncə smartfondan istifadə etmək nə dərəcədə təhlükəlidir?

Yatmazdan öncə smartfondan istifadə etmək nə dərəcədə təhlükəlidir?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Londonun Kral kollecinin alimləri yatmazdan öncə uşaqların, gənclərin smartfon və planşetlərdən istifadələrinin təhlükəli olduğundan danışıblar.

Bundan əlavə olaraq mütəxəssislər qeyd ediblər ki, hətta cihazın otaqda olması belə problemlər yarada bilər. Mütəxəssislər 6-19 yaş arası 120.000 uşaq və gəncin iştirak etdiyi təcrübənin nəticələrini analiz ediblər. Alimlər müəyyən ediblər ki, yatmazdan əvvəl sözügedən cihazlardan istifadə nəticəsində bir çox uşaqlarda gündüzlər yuxu çatışmamazlığı müşahidə olunur. Tədqiqatçılar bildiriblər ki, hətta cihazın otaqda olması belə yuxu keyfiyyətini aşağı salır. Uşaqlar və gənclər çox zaman kimdənsə vacib ismarıc gözlədikləri üçün onlarda yuxu pozğunluğu yaranır. Yuxu ilə problemlərin olduğu müddətdə gənclərdə iştahsızlıq, çəkinin artması və psixoloji çətinliklər müşahidə olunur. Alimlər həmçinin qeyd ediblər ki, yuxu çatışmazlığı, boyun artma tempinə və immun sistemin aktivliyinin aşağı düşməsinə gətirib çıxardır. Tədqiqatçılar əmindirlər ki, gələcəkdə bu vəziyyət daha da pisləşəcək. Biz getdikcə daha çox cihazlardan asılı vəziyyətə düşürük. Uşaqlar arasında cihazların məşhurluğu isə getdikcə artır. Əgər vacib bir tədbir görülməsə problem irimiqyaslı xarakter daşıyacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×