

Məşhur oyun portalı VG247-nin nümayəndələrinin şəxsi mənbələrdən aldıqları məlumatlara görə bu ay baş tutacaq E3 2015 oyun sərgisi çərçivəsində Namco şirkəti Souls oyun seriyasının yeni hissəsini - Dark Souls 3-ü anons edəcək. Bundan əlavə məlumatda bildirilib ki, yeni hissənin hazırlanmasına Hidetaka Miyazaki özü şəxsən nəzarət edəcək. Bu məlumat Souls seriyasının bütün pərəstişkarları üçün sevincli olmalıdır.
NES 30 yaşını qeyd edir!
Oyun haqqında məlumatlar və oyunun hansı konsollar üçün satışa çıxacağı haqqında hələki heç bir məlumat verilmir. Güman olunur ki, oyun Sony şirkətinin E3 2015-də baş tutacaq press-konfransı zamanı anons olunacaq. Bütün bunlara baxmayaraq bu xəbəri hələki şaiyə kimi qəbul etmək lazımdır. Belə ki, bu cür şaiyələr sərginin başlamasına az müddət qalmış daha çox olur. Qeyd edək ki, bu ilin əvvəlində Hidetaka Miyazaki-nin yeni oyunu Bloodborne satışa çıxmışdır.
www.ann.az
Şərh yoxdur