main-post-cover

    Yaxşı rəhbərlərin işçilərinə hiss etdirmədən etdikləri 7 şey

    Digər
    07.05.2017
    Farid Pardashunas
    İşçi olmaq çətindir amma rəhbər olmaq çox daha çətindir. Gün sonunda bütün yük, rəhbərlərin çiynindədir. Təbii ki, bu sadəcə yaxşı rəhbərlərə aid ediləcək cəhətdir. Rəhbərinizin yaxşı bir rəhbər olduğunu anlamaq üçün də aşağıda qeyd etdiyimiz 7 məqama diqqət etməlisiniz. Yaxşı rəhbərlər, yaxşı olduqlarını göstərə-göstərə bildirmir; sizə bunu hiss etdirmədən edirlər.

    Sizdən "Hər şey qaydasındadır?” deyə soruşar

    Düşünün, rəhbəriniz sizdən bu sualı neçə dəfə soruşdu? Yaxşı bir rəhbər, bu sualı sizin həqiqətən yaxşı olub-olmadığınızı öyrənmək istədiyi üçün soruşar. Bəli normalda onun işçisisiniz; ancaq bu sualı soruşduqda rəhbər-işçi münasibəti bir müddətliyinə dayanar. İki dost dərdləşməyə başlamışdır.

    İşiniz xaricindəki maraqlarınızla əlaqədar sizi cəsarətləndirər

    Yaxşı rəhbərlər, sizin həyatınızın sadəcə işdən ibarət olmadığını bilir. İşinizi sevməyiniz vacibdir amma təbii ki hobbiləriniz var və hobbilərinizi də sevəcəksiniz. Yaxşı rəhbərlər bunu bilər. Öhdəlikləriniz qədər hobbiləriniz haqqında da sizinlə danışar və motivasiyanızı yüksəldər.

    Sizi başa düşdüyünü sizə hiss etdirər

    Münasibətin tək tərəfli olmadığını hiss etdirər. Danışmalı olduğunuz halda sizə söz haqqı verər, dedikləriniz doğrudursa sizi təsdiqləyər, uyğun görmədisə mənfi məqamları açıq olaraq bildirər. Hərkəsin söz haqqı olduğu bir mühit yaradar.

    Böyük uğurlar qədər kiçik uğurları da təqdir edər

    Yaxşı rəhbərlər, sadəcə böyük uğurların arxasıyca qaçmaz; kiçik uğurları da böyük bir sevinclə qarşılayar. Çünki kiçik uğurların böyük qazancları gətirəcəyini çox yaxşı bilər. Böyük uğur gətirməyəcək bir hərəkət olsa belə, işçisinin motivasiyasını yüksəldər.

    Bir şeylər öyrətmək üçün vaxt ayırar

    Yaxşı rəhbərləri digərlərindən ayıran ən böyük məqam, bir işin necə ediləcəyini demək əvəzinə onu göstərməsidir. Digər rəhbərlər, heçnə etmədən hərşeyin mükəmməl olmasını istəyirlər. Yaxşı bir rəhbər, komandanın bir parçasıdır və komandanı öyrətmək üçün əlindən gələni əsirgəməz.

    Sözlə pendir gəmisi yeriməz.

    Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, yaxşı rəhbər deməz, edər. Bu sadəcə işi öyrətməklə sərhədlənmir; eyni zamanda işi görməklə də əlaqəlidir. Komanda liderliyi kənarda oturub əmr yağdırmaqdan daha artığıdır. İşin bir hissəsini yüklənib, altından qalxmağı bacarmalıdır.

    İşçilərinin nə qədər yaxşı işlər ortaya çıxardıqlarını bilmələri üçün yollar axtarar

     
    Yaxşı rəhbər demək sadəcə maddi qazanc demək deyil, yaxşı bir rəhbər insanları da qazanmağı biləndir. Yaxşı rəhbər işçilərinə və iş ortaqlarına investisiya edər, onların öyrənməsi, böyüməsi və nəticə olaraq uğurlu olması üçün bir çox fürsət yaradar. Yaxşı rəhbərlər ətrafındakıları daha yuxarı pillələrə daşımağa çalışar və onların hədəflərinə çatmalarına kömək edər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər