Azərbaycanın online yemək sifarişi startapı “acqalma.az” bazara sürətli giriş edir

Azərbaycanın online yemək sifarişi startapı “acqalma.az” bazara sürətli giriş edir

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Startap bazarının xüsusiləşmiş bir sahəsinə çevrilən yeməklərin onlayn sifarişi artıq Azərbaycanda da mümkündür. Türkiyədən bizə yaxşı tanış olan "yemeksepeti.com” bu sahədə kifayət qədər irəliləyiş əldə etmiş və son anda şirkət 589 milyon dollara satılmışdır. Olduqca gəlirli bir sahə olan yeməklərin sifarişi və çatdırılması xidməti lokal bazarlarda fərqli startaplar tərəfindən təqdim olunur. "acqalma.az” brendi adı altında təqdim olunan yerli startapımızın platformasında "Pizza Mizza, Araz Kafesi, Bella Pizza, Dadim.az, Dönər House, Efendi Lahmacun, Fit&Fresh, Gün Aydin, Juma Restourant&Sushi Bar, Mado Japanese Restaurant, NamlıKebap, New York Pizza Baku, Pizza Bruno, Qutabçı, Soloha və Yoshi Sushi” retoranları öz menyularını təqdim edir.
Sayt hələ ki, Bakıda olan restoranları əhatə edir və bu şəbəkəyə qoşulan hər restoran öz maraqlarına uyğun olaraq çatdırılma qiymətləri və minumum sifariş həcmlərini təyin edirlər.
 
Qeyd: Əksər məşhur restoranlar isə minumum sifariş həcmi qoymaqla çatdırılmanı pulsuz edir.
 
Saytın digər maraqlı xüsusiyyətlərindən biri isə həftənin təklifləri bölməsidir. Bu bölmədə restoranlar sərfəli qiymətə menyular təklif edərək sifarişçilərin maraqlarını cəlb edirlər.


Qeyd edək ki, sifarişlərin bank və kredit kartları ilə onlayn ödənilməsi mümkündür.

Sayta daxil olduqdan sonra qarşınıza çıxan sifariş bölməsindən yerləşdiyiniz ərazini seçib, restoranların siyahınsa keçid edirsiniz. Buradan bəyəndiyiniz restoranın menyusuna baxmaq və qiymətlərlə tanış olmaq imkanınız var. Menyudan bəyəndiyiniz yeməkləri seçib səbətə əlavə edirsiniz, sifarişi tamamla bölməsindən isə sifariş haqqında məlumatları daxil edib ödəniş üsullarından birini seçməklə sifarişinizi tamamlayırsınız. 



Azərbaycan bazarının Türkiyə və digər ölkələrlə müqayisədə dar olduğu məlumdur. Hər halda "acqalma.az”-dan "yemeksepeti.com” qədər uğur gözləmək əsassız olardı. Lakin daxil olduğu bazarı nəzərə alsaq, ölkəmizdə xüsusilə Bakıda yemək sifariş edənlərin sayı kifayət qədər çoxdur. Əgər startap özünə lazım olan hədəf kütləyə çata bilsə bazarda yaxşı mövqedə qərarlaşar. Bütün restoranların menyularının bir saytda olması və əlavə olaraq bir platformada sifarişi tamamlamağın mümkünlüyü saytı dəyərli edən əsas vasitədir.

Sifariş və ətraflı məlumat üçün: www.acqalma.az


 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×