Yeni Android istifadəçiləri! Bunları qəti etməyin!

Yeni Android istifadəçiləri! Bunları qəti etməyin!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Android haqqında bir çox məlumat və xəbərlər yayımlamaqla sizləri bu sistem barədə məlumatlandırmışıq. Android üçün ən yaxşı proqramlardan tutmuş Android sistemində edə biləcəkləriniz barədə bir çox fikir mübadiləsi etmişik. Bu gün isə sizə ilk dəfə Android sisteminə keçənlərə nə etməmələri barədə məlumat verəcəyik. Bu yazımızda sizə həm Android sistemli cihaz almadan öncə, həm də aldıqdan sonra edilməməsi lazım olan bir sıra məlumatları çatdıracağıq.
 
1. HEÇ VAXT YENİLƏMƏ GƏLMƏYƏCƏK TELEFONLARI ALMAYIN!
Bu təbii ki, öz seçiminizdir. Amma unutmayın ki, yeniləmə almayan telefon bir müddət sonra öz performans və dövrün tələblərinə cavab vermə qabiliyyətini itirir. Sadəcə internet və başqa sadə işlər üçün istifadə edəcəksinizsə, bunun çox önəmi yoxdur. Amma daim sistem yeniləndiyi üçün və yeniliklərdən geri qalmaq istəməyən şəxslər bu hissədə diqqətli olmalıdırlar. Nexus cihazlar demək olar ki, bütün yenilikləri alırlar. Ucuz qiymətə alacağınız telefonlara əmin olun ki, yeni sistem proqramları şamil olunmayacaq.
 
2. HƏR PROQRAMI YÜKLƏMƏYİN!
Proqram yükləyərkən haradan gəldiyinə baxmadan yükləməyin. Play Store\'da axtardığınız proqram üçün ilk çıxan versiyanı yükləməyin, onun istədiyi icazələrə baxın, arxa planda hansı prosesləri istifadə edəcəyini öyrənin. Bundan əlavə proqramlara şərh bildirən istifadəçilərin fikirlərini oxuyun. Çalışın, Play Store xaricindən proqram yükləməyin. Çünki bəzi hallarda bu cihaza virus salır və sizin məlumatlarınızı 3-cü tərəfə ötürür. Belə olduqda, sizin "SMS\'lərinizi oxumaqdan" tutmuş şəxsi məlumatlara qədər hər şey oğurlana bilər.
 
3. FACEBOOK PROQRAMLARINI YÜKLƏMƏYİN!
Əgər zəif texniki parametrlərə sahib cihaz almısınızsa, Facebook\'un bütün proqramlarını yükləməyin. Çünki bu proqramlar telefonun bütün enerji və RAM mənbəyini inanılmaz şəkildə sürətlə azaldır. Bunun əvəzinə telefonun brauzerindən və ya 3\'cü part proqramlardan istifadə edə bilərsiniz. 
 
4. TASK KİLLER VƏ BATAREYA ÖMRÜ UZADAN PROQRAMLARI İSTİFADƏ ETMƏYİN!
Android sistemi bir neçə ildir ki, RAM idarəsini stabilləşdirir. Ona görə də arxa planda işləyən bütün proqramları birdən bağlamaq batareya ömrünə müsbət yox, mənfi təsir edə bilər. Yəni, Task Killer kimi proqramlara ehtiyac yoxdur. Batareya ömrünü uzadan proqramlar isə əslində deyiləni etmir. Sadəcə göz aldatması ilə sizə elə gəlir ki, enerji daha az sərf olunur. Amma belə deyil. Bu proqramlar daim arxa planda işlədiyi üçün əlavə enerji sərfiyyatına sahib olurlar.
Təbii ki, istisnalar var. Məsələn, Greenify proqramı arxa planda işləyən proqramları işlətmədikdə yuxu rejiminə keçirərək böyük enerji qənaətinə səbəb olur. Bu proqramı məmnuniyyətlə məsləhət görürük.
 
5. SON PROQRAMLARI BAĞLAMAYIN!
İşimiz bitdikdən sonra bir çox hallarda proqramdan çıxırıq və bütün işlək proqramların olduğu siyahıya keçərək onları sağa və ya sola sürüşdürməklə bağlayırıq. Əslində buna ehtiyac yoxdur. Birincisi, proqrama yenidən keçid edərək qaldığınız yerdən davam etmək şansınızı itirirsiniz, ikincisi bunu edərək enerji sərfiyyatına səbəb olursunuz. Bununla yanaşı proqramı yenidən başlatmaq üçün də enerji sərf olunur.
 
6. KONTAKLARI SADƏCƏ TELEFONUN YADDAŞINA YAZMAYIN!
Telefonunuzu aldıqda bir Google hesabına sahib olacaqsınız. Əlaqədə olduğunuz şəxslərin adlarını mütləq bu hesaba da qeyd edin. Beləliklə, kontakları nüsxələmiş olursunuz. Beləcə, telefonu dəyişdikdə və ya format etdikdə kontakları rahat bərpa edəcəksiniz.
 
7. HƏMİN AN ROOT\'LAMAYIN!
Android dünyasına yeni girmisinizsə, root haqqında düşünməyin. Root cihazınızın idarə icazələrinə çatmağınıza, fərqli Android sistemlərini yükləməyinizə, yazı tiplərini dəyişməyinizə və s. kömək edir. Amma bir çox insanın buna ehtiyacı yoxdur. Əgər xüsusi bir səbəb yoxdursa, telefonu root etməyin. Çünki, həm bu barədə məlumat azlığından bir xətanız cihazınızın bir daha yanmamasına səbəb ola bilər, həm də cihazınızın qarantiyası itmiş olur. Müəyyən bir müddətdən sonra əgər tam məlumatlı olsanız və istifadə üçün xüsusi səbəbə malik olsanız, o zaman bunu edə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×