main-post-cover

    Yeni bir teoremə görə yad planetliləri tapmama səbəbimiz, onların çoxdan ölmüş olmalarıdır.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Təxminən 100 illik bir müddətdir ki, yad planetliləri tapmağa çalışırıq. Müxtəlif təcrübələr, səyahətlər və əldə olunan məlumatlar hələ də onların varlığını sübut etmir. Bəs belə bir vəziyyətdə onları tapmama səbəbimiz həqiqətən onların çoxdan ölmüş olmaları ola bilərmi?

    "Yad planetlilər varmı?" sualı hamının ağlını qarışdıran və cavabı tapılmayan bir sualdır. Bu qədər böyük bir kainatda tək olmadığımızı bilirik, bu ehtimalı imkansız edəcək çox planet və başqa riyazi qanunlar var. Lakin tək olmadığımızı bu qədər sübut edən qanunlar varsa "niyə indiyə qədər heç bir yad planetli izinə rastlamamışıq?" Bəziləriniz bu sualın cavabını "yad planetlilər gəldi amma onlar insanların bunu bilməyini istəmirlər" və ya "çox uzaqdadırlar əgər bizimlə eyni texnologiyaya sahibdirlərsə gəlməzlər" kimi cavablar verə bilərsiniz, bunlara bənzəyən yüzlərlə cavab var lakin heç biri bu vəziyyəti açıqlamır.
     


    Australian National Universiy'də görəvli olan Aditya ChopraCharley Lineweaver adındakı iki astrobiloq yadplanetlilərin niyə hələ də tapılmamsı ilə bağlı bir yazı yayımladılar. Yayınladıqları bu yazıda yad planetlilərin təkamülündən bəhs edən araşdırmacılar, yad planetlilərin insanlar qədər şanslı olmayabiləcəklərini vurğulayıblar. Araşdırmacıların söylədiklərinə görə təkamülün ilk zamanlarından , yəni bütün canlılar tək hüceyrəli yaradılarkən, yaşamaq indikindən daha da çətin imiş. Bizim dünyada təkamül belə bir inkişaf səviyyəsinə çatsada böyük ehtimalla başqa planetlərdə bu mümkün olmayıb.
     

     
    Aditya Chopra bu vəziyyəti belə açıqlayır: " Həyatın başlanğıç dönəmləri son dərəcə qırılqan idi, bu səbəblə canlıların sadəcə çox az bir bölümünün yaşayabiləcək bir səviyyədə təkamülə məruz qaldığını düşünürük. Yaşamın olabiləcəyi düşündüyümüz planetlərin çoxu dəyişkən bir çevrəyə sahibdir. Canlıların düzgün şəkildə inkişaf etməsi üçün, suyun, sabit istiliyin, yaşam üçün lazım olan qazların hər an olması vacibdir."
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər