Bugatti Veyron-un istehsalının dayandırılmasından sonra əfsanəvi avtomobili əvəzləyəcək yeni bir superkarın hazırlandığını bütün avtomobil həvəskarları bilirdi. Bir çoxları Bugatti-nin yeni model ilə rəqibləri kimi hibrid trendinə qoşulacağını düşünsə də bəziləri isə şirkətin tam yeni avtomobil üzərində çalışdığını iddia edir.
Bu yaxınlarda Los Anceles hava limanında şəkli çəkilən yeni Bugatti-nin hibrid olub olmadığı dəqiq olmasa da bir çox mənbə şirkətin Beach Concourse d\'Elegance tədbirinə qatılmasının bu avtomobi ilə bağlı olduğunu düşünür. Yuxarıdaki, şəkildən də gördüyünüz kimi Veyron-a çox bənzəyən maşın xələfinə nisbətən daha dördkünc korpusa sahibdir və nazikləşdirilmiş ön işıqların yanlarındaki hava çıxışları əsas gözə batan yeniliklərdir.
Avtomobilin texniki göstəricilərinə gəldikdə isə yeni Bugatti-nin 1500 at gücü və 1500nm torque hasil edə bilən 8 litr W16 mühərriklə təchiz olunduğu deyilir. Əgər bu parametrlər doğrudursa o zaman 4 ədəd elektikli turbodan istifadə edən bu gözəl italyan superkarının 0-dan 100 km/saat-a sürətlənməsi cəmi 2 saniyə çəkəcək.
Şərh yoxdur