main-post-cover

    Yeni Bugatti-nin maksimum sürət hədi 500 km/saat olacaq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bugatti Chiron-un səsi artıq hər tərəfdən eşidilir. Veyron-un davamçısı ilə bağlı məlumatlar hər yerdə özünü göstərir və bunlardan ən maraqlısı kralın son sürət həddidir. Şayiələrə görə yeni Bugatti fizika qanunlarının həddlərini sınayacaq.
     
    Hal-hazırda planetin ən sürətli avtomobili Veyron SuperSport 430 km/saat maksimum sürət həddinə sahib idisə Chironda bu göstəricinin 500 km/saat olması gözlənilir. Bu həqiqətən çox böyük rəqəmdir lakin 8 litr W16 mühərrikin 4 turbo ilə bunu edə bilməsi heç də qeyri-mümkün deyil.
     
    1500 at güclü bu avtomobilin qiymətinə gəldikdə isə ətrafda 2 milyon dollara yaxın rəqəmlərdən danışılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər