
Bugatti Chiron-un səsi artıq hər tərəfdən eşidilir. Veyron-un davamçısı ilə bağlı məlumatlar hər yerdə özünü göstərir və bunlardan ən maraqlısı kralın son sürət həddidir. Şayiələrə görə yeni Bugatti fizika qanunlarının həddlərini sınayacaq.
Hal-hazırda planetin ən sürətli avtomobili Veyron SuperSport 430 km/saat maksimum sürət həddinə sahib idisə Chironda bu göstəricinin 500 km/saat olması gözlənilir. Bu həqiqətən çox böyük rəqəmdir lakin 8 litr W16 mühərrikin 4 turbo ilə bunu edə bilməsi heç də qeyri-mümkün deyil.