
Yeni Call of Duty-nin ilk videosu təqdim olunub
Digər
07.05.2017
Farid Pardashunas
Call of Duty oyununun rəsmi YouTube kanalında yeni oyuna aid
"Öz düşmənini tanı” adlı ilk 33 saniyəlik video paylaşılıb. Videonun başlığı
belədir: "Qoy bütün dünya bizim dirçəlişimizin şahidi olsun”.
"Heç şüphəniz olmasın. Biz sizi və sizin hər bir izinizi
tarixin səhifələrindən siləcəyik. Siz itirməyin nə olduğunu biləcəksiniz. Biz
sizin ağrılarınızın memarları olacağıq. Biz sizin məhv oluşunuza abidələr
ucaldacağıq. Bütün dünya bizim dirçəlişimizin şahidi olacaq. Biz göy üzündən
sizləri qaranlığa qərq edəcəyik. Bunu bilin və bizi tanıyın. Biz sizin düşmənlərinizik.
Biz – Settlement Defence Force”. Bir neçə gün bundan öncə internetdə şaiyə
yayılmışdı ki, yeni oyun Call of Duty: Infinite Warfare adlanacaq. Görünür bu belə də olacaq. Belə ki,
GameSpot-un verdiyi məlumata əsasən hələ 26 aprel tarixində Activision şirkəti Call
of Duty: Infinite Warfare və Infinite Warfare ticarət nişanlarını qeydiyyatdan
keçirdib. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, yeni oyunun Legacy
Edition versiyasını alacaq hər bir kəs Call of Duty 4: Modern Warfare oyununun
remaster versiyasını da əldə edəcək. Remaster versiyaya isə singleplayer rejim
və 10 multiplayer xəritəsi daxil olacaq. Yeni Call of Duty-nin 4 Noyabr 2016-cı
il tarixində satışa çıxacağı gözlənilir.


Linki kopyala
Həftənin xəbərləri

