main-post-cover

    Yeni Darksiders-ın hazırlanması üzrə planlar təsdiq olunub

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Nordic Games rəsmi olaraq bildirib ki, studiya Darksiders oyun seriyasının yeni hissəsinin hazırlanmasını planlaşdırır. Yeni oyun haqqında müzakirələr hələ Nordic Games-in oyun seriyasının müəllif hüquqlarını aldığı gündən bəri gedir. Lakin yeni oyunun hazırlanmasına start verməmişdən qabaq seriyanın artıq satışa çıxmış oyunlarını daha geniş kütləyə tanıtmaq lazımdır. Bununla əlaqədar olaraq Nordic Games PS4 və Xbox One konsolları üçün Darksiders 2: Deathinitive Edition oyununu satışa çıxardacaq. Oyun haqqında olan bəzi məlumatları sizlərlə bölüşürük.
    - Oyunu Gunfire Games studiyası hazırlayır.
    - Darksiders 2 üçün çıxmış bütün DLC-lər oyunun Deathinitive Edition versiyasına əlavə olunub. Beləliklə oyunu başa çatdırmaq üçün oyunçulara 30 saata qədər vaxt lazım olacaq.
    - Yenilənmiş qrafika oyundakı kölgələri və işıqlandırmanı daha keyfiyyətli edib.
    - Oyun 1080p-ni dəstəkləyəcək.
    Verilən məlumata görə Darksiders 2: Deathinitive Edition bu ilin qış fəslində satışa çıxacaq. Dəqiq satış tarixi isə daha sonra açıqlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər