main-post-cover

    Yeni Die Hard?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    20th Century Fox studiyası "Die Hard” film seriyasının inkişafından daşınmaq qərarında deyil. Məlumata görə studiya hadisələrin birinci hissədən əvvəl cərəyan edəcək filmin hazırlanmasını planlaşdırır. Hadisələrin keçmiş əsrin 70-ci illərinin sonunda baş verəcəyi güman olunur. Onda John McClane hələ New-York polis departamentində çalışırdı. Çox güman ki, yeni filmin süjet xətdi 2009-2010-cu illərdə nəşr olunmuş "Die Hard: Year One” qrafik novellası əsasında çəkiləcək. Qrafik novelladada filmdə olduğu kimi John McClane terror qruplaşmaları ilə mübarizə aparırdı. Studiyanın bu cür qərar verməsi "Die Hard 6” filminin tamamilə ləğv olunub olunmamasına işarədirmi?
    Studiyanın nümayəndələri hələki bu barədə heç bir açıqlama verməyiblər. Qeyd edək ki, "Die Hard 5” filmi öz doğma ölkəsində izləyicilərin soyuq rəğbətini qazanaraq 60 milyon dollar gəlir əldə etdi. Filmin bütün dünya üzrə gəliri isə 300 milyon dollar oldu.
    Linki kopyala