main-post-cover

    Yeni Far Cry?

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    İnternetdə şaiyə yayılıb ki, Ubisoft şirkəti Far Cry seriyasının yeni oyununu anons etməyə hazırlaşır. Oyunun Blood Dragon kimi böyük DLC olacağı gözlənilir. Artıq şirkətin rəsmi YouTube kanalında oyunun yaxın zamanda anonsuna işarə edən canlı yayımda olan videosu da təqdim olunub. Videonun fonunda daş üzərində qədimi şəkillər tərzində ox və nizə ilə olan ovçu təsvir olunub. Canlı yayımın hələ bitməməsinə baxmayaraq IGN saytının Türkiyə şöbəsi artıq oyunun rəsmi anonsunu internetdə yayıb. Yeni oyun Far Cry: Primal adlanacaq. Hadisələr bu dəfə buz dövründə cərəyan edəcək. Kotaku saytının öz mənbələrindən aldığı məlumatlara görə yeni oyunda buz dövründə mövcud olmuş pələng, mamont və digər qədimi heyvanlar olacaq. Rəsmi anonsu gözləyək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər