Yeni God Of War-dan 8 dəhşətli və maraqlı fakt

Yeni God Of War-dan 8 dəhşətli və maraqlı fakt

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

God of War oyun seriyasının yeni hissəsinin anonsu E3 2016 sərgisinin ən yadda qalan hadisələrindən biri oldu. Sony öz press-konfransı zamanı oyunun çox dinamik gameplay demosunu oyunçulara təqdim etdi. Həmin gameplay videodan yeni oyunun çox dəyişikliyə sahib olduğu göründü. Hətda indiyənə kimi 10 dəqiqəlik videoya baxmış pərəstişkarlar gameplay demoda olmuş vacib detalları görməyə bilərlər. NeoGaf istifadəçiləri təqdim olunmuş gameplay videodakı maraqlı detallar haqqında məlumat vermiş, Eurogamer portalı isə həmin məlumatlar əsasında video hazırlamışdır.

1. Oyunun gameplay demosu Kratosun oğlunun oyuncaqlar ilə oynamasından başlayır. Kratos onu evə çağıran zaman uşaq ayağa qalxır və evə tərəf gedəndə ayağı ilə yerdə olan digər bir oyuncağı (at) vurur. İlk baxışdan oyuncaq at heçnə ilə fərqlənmir. Lakin oyuncağa diqqətlə baxanda görmək olar ki, onun çox qalın və iri bədən hissələri var. Güman olunur ki, həmin oyuncaq tanrı Odin-in səkkiz ayaqlı atı Sleipnir-dir. Skandinaviya mifologiyasına əsasən Odin Sleipnir ilə birlikdə cəhənnəmə tez-tez səyahət edə bilirdi.


2. Növbəti maraqlı detal birinci qeyd etdiyimizdən dərhal sonra gəlir. Uşaq evə daxil olan zaman ondan solda nəsə qızılı əşya görmək olar. Həmin hissəni işıqlandıran zaman məlum olur ki, həmin qızıl əşya Kratos tərəfindən God of War 3 oyununda əldə olunmuş Hermes-in ayaqqabısıdır.

3. Digər bir maraqlı detalı Kratos ilk düşmənlər ilə qarşlaşandan sonra görmək olar. Videodakı kadrların birində göydə uçan qəribə varlığı görmək mümkündür . Həmin qəribə varlıq Kratos və onun oğlunu izlədikdən sonra uçub yox olur. Hələki qəribə məxluqun kim olduğu bilinməsə də bir çoxları güman edirlər ki, həmin varlıq bir neçə ay bundan öncə internetə sızdırılan fotolardakı varlığa bənzəyir. Çox güman ki, həmin varlıq skandinaviya mifologiyasında yeraltı dünyanın sahibi və Loki-nin qızı Hel-dir.

4. Kratosla birgə adı gizli saxlanılan oğlu trol ilə döyüşən zaman uşağın kim olduğu barəsində daha bir maraqlı detal ortaya çıxır. Belə ki, həmin döyüş zamanı uşaq trola elektrikli ox atır. Bu səbəbdən bir çoxları düşünür ki, uşaq əslində Thor-un (skandinaviya mifologiyasında ildırım və fırtına tanrısı) özüdür. Digərlərinin fikrincə isə uşaq Thor-un ögey oğlu Ullr-dir (ov tanrısı). O həm qılıncı həmdəki yayı yaxşı idarə edən ov tanrısıdır. Qeyd edək ki, Ullr-ın anası məhsuldarlıq ilahəsi Sif-dir. Lakin Ullr-in atasının kim olduğu bilinmir. Bəlkədə studiya bundan istifadə edərək Kratosu Ullr-in atası kimi qələmə verib. Lakin bu sadəcə bir fərziyyədir.

5. Daha sonra Kratos oğlu ilə birlikdə ayağından asılmış və öldürülmüş trol bədəni görür. Baxmayaraq ki, o görünən yerdə əks olunub bir çox oyunçular onu görməyə bilərlər. Ayağından asılmış və öldürülmüş trol kimlər üçün isə qida mənbəyi olub. Bir neçə ay bundan öncə oyun haqqında internetə sızdırılmış fotolarda həmin yer "quldurların düşərgəsi” adı ilə adlandırılmışdı. Lakin həmin quldurlar demoda nəzərə çarpmır. Görünür videoda Kratosun döyüşdüyü trol öldürülmüş trolun qisasını quldurlardan alıb.

6. Öz oğlu ilə yoluna davam edən Kratos böyük canavar ilə qarşılaşır. Canavar isə öz növbəsində onlardan qorxaraq qaçır. Güman olunur ki, oyunun hansısa hissəsində Kratos böyük canavarlar sürüsü ilə döyüşəcək. Böyük ehtimal ilə bu gedişlə studiya skandinaviya mifologiyasında Loki-nin oğlu böyük canavar Fenrir-ə diqqət ayırıb.

7. Təqdim olunmuş demo videoda daha bir qəribə varlığı görmək mümkündür. Növbəti uçan qəribə məxluqu quldurların düşərgəsinin yanında görmək olar. Hələki bilinmir həmin varlıq kimdir. Lakin güman olunur ki, o Valkirye-dir. Skandinaviya mifologiyasında Valkirye döyüş meydanında ölmüş döyüşçülərin ruhlarını alaraq Valhalla-ya yollayır. Varlığın adi uçan pəri də olması ehtimalı böyükdür.

8. Gameplay demonun sonuna yaxın kadrların birində arxa fonda ağacların arasında buz bağlamış gölü görmək olar. Məsələ burasındadır ki, o heçdə göl deyil. Həmin kadrı yaxınlaşdıran zaman məlum olur ki, o əslində sürünən canlının dərisidir. Bir çoxlarının fikrincə canlı Loki-nin ortancıl oğlu ilan Jormungand-dır. Skandinaviya mifologiyasında Jormungand Ragnarok vaxtı Thor tərəfindən öldürülmüşdür.


 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×