Yeni Hitman 2016-cı ilə təxirə salınıb
Digər
Oyun və Film
07.05.2017
Farid Pardashunas
Bu ilin dekabr ayında PC, PS4 və Xbox One üçün satışa çıxması planlaşdırılan Hitman oyunu 2016-cı ilin yaz fəslinə təxirə salınıb. Bu barədə Square Enix şirkəti və İO İnteractive studiyası bildiriblər. Oyun 2016-cı ilin mart ayında satışa çıxacaq. Oyun anons olunan zaman studiya bildirmişdir ki, oyunçular oyunun satışa çıxdığı gün onun yalnız bir hissəsini əldə edəcəklər. Bir müddətdən sonra oyuna yeni missiyalar silahlar və s. əlavə olunacaq. Bu bir növ epizodlarla çıxan oyuna bənzəyəcək. Hər dəfə çıxacaq yenilənmənin hesabına oyunçular süjet xətdinin necə cərəyan etdiyini görəcəklər. Studiya qeyd edib ki, oyunun gələn ilə təxirə salınması nəticəsində onun ilk epizoduna daha çox material əlavə olunacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!