


Şəkildəki telefonun böyüklüyünə baxsaq bunun Huawei Ascend Mate seriyasının yeni üzvü olacağını düşünə bilərik. Ancaq telefonun dəqiq, 100% belə olacağını bilmirik. Hətta düzünü desəm bu telefon haqqında heç nə bilmirik. Bildiyimiz tək şey isə, telefonun super texniki göstəricilərə malik olacağı, xarici təbəqəsinin metaldan olacağı, və şəkildən gördüyümüz kimi arxasında bir barmaq izi sensoru olacağıdır.
Ancaq Evanın dediyinə görə, telefon bu il Sentyabr ayının 2-də İFA tədbirində təqdim olunacaq.
İnsanın diqqətini cəlb edən başqa bir şey isə telefonun daha əvvəllər mediaya sızmış Huawei Honor 7 prototipi videosundakı telefona necə oxşadığıdır. Bu bizə şəkilə inanmaq üçün başqa bi səbəb verir. Həmin videoya aşağıdan baxa bilərsiniz:
Şərh yoxdur