Yeni Ice Age Collision adlanacaq
Digər
07.05.2017
Farid Pardashunas
20th Century Fox və Blue Sky Studios "Ice Age" animasiya filminin 5-ci hissəsinin necə adlanacağını elan ediblər. Yeni hissə "Ice Age: Collision Course" adlanacaq. Bundan əlavə olaraq animasiya filminin premyera tarixi də dəyişilib. "Ice Age: Collision Course" 22 İyul 2016-cı il tarixində izləyicilərə təqdim olunacaq. Həmin tarixdə "Knights of the Roundtable: King Arthur" və "Power Rangers" filmləri də böyük ekranlara çıxdıqları üçün "Ice Age: Collision Course" animasiya filmi rəqabətə girəcək. 5-ci hissədə baş obrazları John Leguizamo, Wanda Sykes, Queen Latifah, Keke Palmer, Ray Romano, Denis Leary, Jay Leno, Chris Wedge və digərləri səsləndirəcəklər. Qeyd edək ki, 2012-ci ildə böyük ekranlara çıxmış "Ice Age 4: Continental Drift" animasiya filmi 95 milyon istehsal büdcəsi ilə 877 milyon dollar gəlir gətirmişdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)