main-post-cover

    Yeni iPad Pro modelləri haqqında məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple” şirkəti gələn ilin Mart ayında 3 yeni iPad modelini təqdim etməyi planlaşdırır.

    Məlumata əsasən onlardan biri tamamilə yeni ekran ölçüsündə olacaq. Həmin məlumatlara inansaq keçiriləcək prezentasiyanın əsas yeniliyi 10.9 inç ekrana sahib çərçivəsiz iPad modeli olacaq. Çərçivəsiz olacağı halda o, 9.7 inç-lik iPad modelinin ölçülərini özündə saxlayacaq. "Technote.az”ın "Barclays Research”ə istinadən verdiyi xəbərə əsasən gələn ilki təqdimatda 7.9, 10.9 və 12.9 inç-lik iPad Pro modellərinin təqdimatı gözlənilir. Yeni 7.9 inç-lik model iPad Mini 4-ü əvəz edəcək. Güman olunurdu ki, bu ən kompakt olan planşet istehsaldan çıxarılacaq. Lakin görünür ki, sadəcə olaraq rebrendinq olacaq. Yeni mini planşet 12 MP-li iSight kamera, True Toneişıqlandırıcısı və yeni rəng mühiti dəstəkli təkmilləşdirilmiş ekran ilə təchiz olunacaq. Sonuncu özəllik, xüsusi sensorlar vasitəsilə ətraf mühitdəki işıqlandırmanı analiz edərək alınmış məlumatlar əsasında fotonun rəng palitrasını dəyişəcək.
    Həmçinin şirkət tamamilə yeni 10.9 inç-lik iPad Pro modeli üzərində də çalışır. Həmin model təkmilləşdirilmiş True Tone işıqlandırıcısına sahib 12 MP-li kamera ilə təmin olunacaq. Planşetin ekranı isə ön hissəni tamamilə tutacaq. Beləliklə bu model, iOS platformasında çalışan ilk "Home” düyməsiz cihaz olacaq. Seriyanın böyük planşetinə gəldikdə isə 12.9 inç-lik model 12 MP-li kamera və mini modelin sahib oldu ekran ilə təchiz olunacaq. Həmçinin böyük model Apple A10X prosessoru ilə də təmin olunacaq. iPad seriyasında inqilabi dəyişiklik 2018-ci ildə gözlənilir. Daha əvvəlki məlumatlara əsasən inqilabi iPad modelləri həm dizayn, həmdə idarəolunma cəhətləri baxımından indikilərdən fərqlənəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər