Yeni model MacBook Pro-nun fotoları anonsdan öncə sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir neçə gün bundan öncə təqdim edilmiş macOS Sierra 10.12.1 sistem yenilənməsində yeni MacBook Pro-nun fotoları aşkar edilib.
Qeyd edək ki, 27 Oktyabr, yəni
sabah "Apple” şirkətinin keçirəcəyi təqdimatda yeni model MacBook Pro-lar təqdim
olunacaq. Sızdırılmış fotolarda yeni nəsil MacBook Pro-nun əsas özəlliyi diqqət
çəkir. Belə ki, standart klaviaturanın yuxarı hissəsində ensiz sensorlu ekran
yerləşdirilib. Həmin sensorlu ekran çox güman ki, standart funksiyaları yerinə
yetirən klaviatura düymələrini əvəz edəcək. "Technote.az"ın "Ferra.ru"a istinadən verdiyi xəbərə əsasən sensor ekran Magic Toolbar adını
ala bilər. Fotolardan birində barmaq izi skanı vasitəsilə məhsul alımı barəsində Apple Pay servisində dialoq təqdim edilib. Çox güman ki, barmaq izi skanı Touch
ID noutbook-un yanrıdıb/söndürmə düyməsinə inteqrasiya olunacaq. İlkin məlumatlara
əsasən sabahki tədbirdə 13 və 15 inç-lik MacBook Pro modelləri təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək