

Ghost Games studiyası keçən ilki Need for Speed oyununun rəsmi saytında bildirib ki, artıq yeni oyun üzərində işlər start götürüb. Onun çıxışı isə 2017-ci ilə nəzərdə tutulub. Öz mesajında studiya keçən ilki oyunu dəstəkləyən və onun barəsində müsbət fikirlər bildirən bütün oyunçulara təşəkkürlərini bildirib. Ghost Games-in fikrincə məhz oyunçuların müsbət reaksiyaları sayəsində keçən ilki Need for Speed yalnız yaxşı tərəfə dəyişib. Studiyanın sözlərinə görə keçən ilki oyuna daxil edilmiş xüsusiyyətlərin əsasında yeni oyunun istehsal olunmasına start verilib. "Oyunçulardan alınmış rəylər Need for Speed-in yeni səhifəsini yaratmaqda bizə kömək edir. Bu proses bizim yeni oyunumuzdada tətbiq olunacaq. Beləliklə biz sizlərdən yeni təkliflər gözləyirik. Sizin Need for Speed seriyasına olan sevginiz və sadiqliyiniz bizi ilhamlandıraraq önə getməyə kömək edir. Ghost komandası adından hamınıza təşəkkürlər” – deyə Ghost Games studiyası bildirib.
Şərh yoxdur