Yeni nəsil iPhone mobil telefon bazarını tamamilə dəyişəcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Jurnalist Robert Skoubl öz blogunda növbəti nəsiln iPhone-nun özəlliklərindən danışıb.
Onun sözlərinə görə yeni nəsil
iPhone mobil cihazlar bazarını tamamilə dəyişəcək. Qeyd etmək lazımdır ki,
bu məlumatları Robert, şirkətə yaxın olan mənbələrindən əldə edib. İlk öncə yeni
iPhone-nun korpusu hər tərəfdən müxtəlif növ şüşələrdən ibarət olacaq. IPS ekran texnologiyasından şirkət yeni nəsil OLED ekran texnologiyasına keçid edəcək.
Güman olunur ki, "Apple” yeni iPhone modeli ilə birlikdə baxışları skan edə biləcək
tamamlanmış reallıq cihazını da təqdim edəcək. Robert-in sözlərinə əsasən bu
texnologiya ilə birlikdə yeni nəsil iPhone ən güclü videokarta (Nvidia GTX
1080) sahib kompüterdən daha yaxşı məhsuldarlıq sərgiləyəcək. Bundan əlavə
olaraq iPhone 8 (və ya iPhone 7s) holoqram və tamamlanmış reallıqla çalışacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ