![Yeni Nexus 5 belə görünəcək [Video]](xeber/2015-08/1439639868_cmxa4_nwsaarkl2.jpg)

Əgər son bir-neçə ay texnologiya xəbərlərini təqib edirdinizsə, yəgin ki 2015-ci ildə əfsanə smartfon sayılan Nexus 5`in 2-ci versiyasının təqdim ediləcəyi haqqında söz-söhbəti eşitmisiniz. Nexus seriyasının ucuz qiymətə gözəl xarakteristikalarla gəlmə ənənəsini pozan 6 inç ekranlı yekə və bahalı Nexus 6`dan sonra, istifadəçilər mükəmməl ölçüdəki və ucuz qiymətli, eyni zamanda güclü smartfonun davamçısının gəlməsini istəyirdilər.
İndiyə qədər yayılmış söz-söhbətə görə, yeni nəsildə bir yox, iki Nexus təqdim olunacaq. Bunlardan birini Huawei, digərini isə deyilənə görə LG düzəldəcək.
Bu gün isə uSwitch`in sızdırdığı və Twitter sosial şəbəkəsində @OnLeaks`ın paylaşdığı videoda LG`nin düzəldəcəyi 2015 Nexus 5`in xarici görünüşünü görürük. Xarici görünüşdən başqa, söz-söhbətə görə, bu telefon 5.2 inçlik bir ekrana və 146.9 x 72.8 x 8mm`lik ölçülərə sahib olacaq.
Həmçinin videodan gördüyümüzə görə telefonda dual flash, lazer fokus sistemi, barmaq izi sensoru və C tipli USB girişi var. Kamera lensinin belə böyük olmağı da əvvəlki Nexus 5`in ən böyük problemlərindən biri olan kamera probleminin də ortadan qalxacağına aid bizə ümid verir.
Bəs siz bu Nexus haqqında nə fikirləşirsiniz? Görünüşünü bəyəndinizmi?
Şərh yoxdur