

Android Police adlı online mənbə iddiaya əsasən Google ilə HTC-nin birgə hazırladığı yeni Nexus modeli haqqında məlumatları paylaşıb. Bundan əlavə olaraq internetdə yeni Nexus-a aid ola biləcək ilk foto da yayılıb. Yayın sonunda Android Nougat sistemindən başqa Google Nexus seriyasının iki modelini də təqdim etməyi planlaşdırır. İnternetdə HTC tərəfindən hazırlanan modelin texniki göstəriciləri yayılıb. Məlumata əsasən yeni model Nexus M1 adlanacaq. Bundan əlavə olaraq Android Police Google-ın öz flaqman smartfonunun adını da açıqlayıb. Əgər məlumatlara inansaq Google-ın flaqman smartfonu "Marlin” adlanacaq. Weibo adlı digər bir mənbə isə Nexus M1-ə aid olacağı güman olunan ilk fotonu təqdim edib. Deməli Nexus M1-in texniki göstəricilərinə gəldikdə smartfon 2560x1440 piksel keyfiyyətli 5.5 inç AMOLED ekrana, 4 nüvəli Qualcomm (çox güman ki. Snapdragon 820, 821 və ya 823) prosessoruna, 4 GB-lıq RAM-a, 32/128 GB daxili yaddaşa və 3450 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon 12 MP-li arxa və 8 MP-li ön kamera ilə yanaşı barmaq izi skanı və USB Type-C funksiyalarına ahib olacaq.
Şərh yoxdur