main-post-cover

    Yeni Nokia 3310 haqqında məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhur insayder Evan Blass, təqdimata hazırlaşan yeni Nokia 3310 haqqında məlumatları təqdim edib.

    Onun verdiyi məlumatlara əsasən yeni Nokia 3310, Series 30+ sistem əməliyyatı üzərində çalışacaq. Bu isə o deməkdir ki, yeni model, standart mobil telefondan smartfona keçid etməyəcək. Bundan əlavə olaraq mobil telefon, rəngli ekrana sahib olacaq. Onun dizaynı Nokia 3310 ilə Nokia 150 modellərinin sizntezinə bənzəyəcək. Yeni model bir çox rənglərlə təqdim olunacaq. Daha əvvəlki şaiyələrə əsasən isə yeni Nokia 3310-nun dizaynı 2000-ci ildə satışa çıxmış modelin dizaynını özündə saxlayacaqdı. Onun əsa özəliklərindən biri isə qalınlığı və çəkisi olacaq. Belə ki, yeni model bir qədər qalın olacağına baxmayaraq həmçinin yüngül olacaq. Gözlənildiyi kimi yeni Nokia 3310, Nokia 3 və Nokia 5 ilə birlikdə MWC 2017 sərgisində təqdim olunacaq. Onun güman olunan qiyməti isə 59 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər