Yeni Nokia modeli haqqında məlumatlar sızdırıldı

Yeni Nokia modeli haqqında məlumatlar sızdırıldı

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Çoxdan gözlənilən məlumat axır ki, mediayaya sızdırıldı. Belə ki, MWC 2017-də tanıdılacaq olan Android əməliyyat sisteminə sahib olacaq Nokia telefonunun texniki xüsusiyyətləri ilə bağlı bəzi məsələlərə aydınlıq gətirildi.

Çoxdandır mobil telefon bazarından uzaq düşən "Nokia" yeni təqdim edəcəyi telefonu ilə istifadəçilərin və Nokia sevərlərin diqqətini cəlb edib. İlk əvvəl cihazın texniki xüsusiyyətlərinə keçmədən əvvəl qeyd edək ki, "Nokia", VR cihazlara üstünlük verəcək. Hətta telefon VR cihazla uyğunluq təşkil edəcək.

Mediaya sızdırılan məlumatlara görə yeni Android Nokia modeli Snapdragon 820 prosessoru, 5.2 inç və ya 5.5 inç 2K keyfiyyətli ekrana və kamera bölümündə Carl Zeiss optikasına sahib olacaq.


Qeyd edək ki, əvvəlki məlumatlarda Snapdragon 835 prosessoru istifadə olunacağı bildirilmişdi.

 

Amma yeni məlumat daha aşağı səviyyəli prosessor istifadə olunacağı haqda fikir formalaşdırır.

Telefonun RAM-nın 3GB və ya 4GB olması gözlənilir. IP67 sertifikatı daşıyacaq olan Nokia modelinin suya və ya toza davamlı olacağı bildirilir. Bundan əlavə cihaz metal örtüyə sahib olacaq.

Qeyd edək ki, əks olunan məlumatlar qeyri-rəsmi xarakter daşıyır. Gələn il MWC 2017-də tanıdılacaq telefonun hansı xüsusiyyətlərə sahib olması maraqla gözlənilir
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×