drzeka zeka kartları

Yeni Nokia planşetinin texniki göstəriciləri sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5202 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Bütün tənqidlərə baxmayaraq "HMD Global” şirkətinin təqdim etdiyi yeni Nokia 6 smartfonu Çində çox məşhurluq qazandı.

Artıq bir çoxları, gələn ayın sonunda MWC 2017 sərgisi zamanı təqdim olunacaq Snapdragon 835 prosessorlu və 6 GB RAM-lı Nokia 8 flaqmanını gözləyir. Bu il məşhur brendin adı altında 6-7 model smartfonun satışa çıxacağı gözlənilir. Onlardan biri 18.4 inç ekranlı planşet ola bilər. Həmin planşetin, GFXBench saytında texniki göstəriciləri sızdırılıb. Saytdakı məlumatlara əsasən planşet, 18.4 inç ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, Adreno 540 qrafik sürətləndiricisi, 4 GB RAM, 64 GB daxili yaddaş və 4K keyfiyyətində çəkiliş özəllikli 12 MP-lik ön və arxa kamera ilə təchiz olunacaq. Cihaz, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Planşetin qiyməti və satışa çıxma tarixi barəsində hələki heç bir məlumat yoxdur.