

Bethesda öz press-konfransı çərçivəsində daha bir sürpriz etdi. Belə ki, şirkət Prey oyununu yenidən anons etdi. Bu dəfə Prey-i Dishonored oyununu hazırlamış Arkane Studios istehsal edir. Qeyd edək ki, yeni oyun Prey 2 adlanmır və 2006-cı ildə satışa çıxmış original Prey ilə heç bir əlaqəsi yoxdur. Yeni Prey-də hadisələr 2032-ci ildə Talos kosmik stansiyasında cərəyan edəcək. Oyunun baş qəhrəmanı Morgan Yu sözün əsl mənasında laboratoriya siçanı rolunu oynayacaq. Belə ki, o hansısa müşahidələrin iştirakçısı olaraq onun üzərində müxtəlif təcrübələr aparacaqlar. Lakin ani olaraq kosmik stansiya yadplanetlilər tərəfindən işğal olunacaq. Oyunçular müxtəlif vasitələrdən istifadə edərək həmin kosmik stansiyadan qaçmağa çalışacaqlar. İnsanlar ilə yadplanetlilər arasındakı qarşıdurmanın mərkəzində olacaq Morgan Yu hər iki tərəf üçün əla qazanc olacaq. Prey 2017-ci ildə PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
HSGT ilk 10TB sərt diski anons etdi!
Şərh yoxdur