

Microsoft tərəfindən gələcəkdə çıxacaq AMD, Intel və Qualcomm prosessorlarının Windows 8 və ondan əvvəlki versiyaları rəsmi olaraq dəstəkləməyəcəyi açıqlandı. Bundan sonra bu firmalar tərəfindən hazırlanacaq yeni prosessorların Windows’un ən sonuncu halını istifadə etməsi vacibdir. Əlavə olaraq Microsoft, 17 İyul 2017-ə qədər Windows 7 və 8.1 üçün dəstək verəcəyi Skylake prosessorların da siyahısını yayımlayıb. Bu tarixdən sonra onların da Windows 10’a keçməsi lazım gələcək.
Şərh yoxdur