main-post-cover

    Yeni qeyri-adi super komputer

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    IBM şirkəti ABŞ hökuməti ilə birgə insan beyni kimi qərar qəbul edən super komputer yaradıb. Bundan əlavə olaraq həmin super komputer LED işığından daha az enerji sərf edir. ABŞ-ın ən sirli elmi təşkilatlarından biri olan Livermor beynəlxalq laboratoriyası super komputerin hazırlanması haqqında xəbəri bu yaxınlarda bildirib. Super komputer TrueNorth adlı platforma üzərində çalışaraq 4 milyard sinapslı 16 milyardlıq neyronlardan ibarət şəbəkəni imitasiya edir. Digər sözlə desək o insan kimi qərar verə bilir. Artıq uzun illərdir ki, IBM kimi şirkətlər insan mexanizminə bənzəyən süni intellekt yaratmağa çalışırlar. Onlar insan kimi öz səhvləri üzərində öyrənən və baş vermiş dəyişikliklərə öyrəşməyi bacaran super komputer yaratmaq istəyirlər. Sözügedən super komputerin maraqlı xüsusiyyəti isə ondan ibarətdir ki, o çox az enerji sərf edir. Belə ki, o 2.5 Vatt enerjinin köməyi ilə çalışır. Yəni kiçik LED işığından daha az enerji sərf edir. TrueNorth platformasında çalışan super komputer (komputerin dəyəri 1 milyon dollardır) əsasən kibertəhlükəsizlik sahəsində istifadə olunacaq. O həmçinin nüvə proqramı sahəsindədə təhlükəsizliyi təmin edə biləcək. Gələcəkdə TrueNorth çipləri insan üzünün skanı üçün smartfonlara, görmə qabiliyyətini itirmiş insanların yenidən görmələri üçün isə smart eynəklərə inteqrasiya oluna bilər.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər