main-post-cover

    Yeni şəffaf televizor görənləri təəccübləndirdi (Video)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yaponlar texnologiyada sərhəd tanımırlar desək yeridir. Təsəvvür edin evinizdə bir televizor var və bu televizor şəffafdır. Adamlar bu işi bacarır.

    Belə ki, bir müddətdir artıq bir çox texnologiya şirkətləri bu sahədə müəyyən işlər aparırdılar. Amma belə görünür ki, Yaponiyanın öndə gedən "Panasonic”şirkəti onları bir qədər geridə qoymağı bacarıb. Bu yeni televizoru siz həm servantınızın pəncərəsi kimi, həm də televizor kimi istifadə edə bilərsiniz. Burda heç bir möcüzə yoxdu. Sadəcə yüksək texnologiyanın bizə bəxş etdiyi möhtəşəm yenilikdir.

    "Panasonic”in bu yeni konsept televizorunu Berlin IFA 2016 tədbirində nümayiş etdirib. Burda bir digər maraqlı məqam LCD yerinə OLED istifadə olunub. Videodan da göründüyü kimi televizoru aktiv hala gətirməyənədək onun televizor olması şübhə yaradır. Yeni OLED panellər faktiki olaraq özündən işıq verən piksellərdən təşkil olunub. Ümid edirik ki, tezliklə biz də bu televizorları əyani şəkildə evlərimizdə görə biləcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər