main-post-cover

    Yeni tanış olduğunuz birində xoş təəssürat yaratmaq üçün 7 vacib məqam

    Digər
    07.05.2017
    Brilyant Rasulova

    İstər Biznes istərsə də şəxsi görüşlərinizdə bəzi məqamlara diqqət etməlisiniz. Çünki ilk görüş, əslində ən vacib görüşdür. Biznes aləmində, ilk görüşdən həmsöhbətinizdə sizə qarşı yaratdığınız təəssürat, sizin şəxsi imicinizi formalaşdırır.

    Gözlər qəlbin aynasıdır.

    Göz təması – tanışlıq və tanışlıq sonrası söhbət əsnasında çox vacibdir. Yeni tanış olduğunuz şəxslə danışarkən göz təmasını unutmayın. Amma çalışın ki, qorxuducu görünməyəsiniz.

    Siz gülümsəsəniz, dünya da sizə gülümsəyər.

    Gülümsəyən insanlarla qarşılaşmaq, endorfin dəyərinin artmasına gətirib çıxardır. Bu səbəbdən, insanlar, gülümsəyən şəxslərə qarşı yaxınlıq hiss edərlər.
    Elə isə gülümsəyin!

    Bir "salam”ın qırx il xətri var.

    Heçkim içdən bir gülümsəmənin sonrasında gələn "Salam”a qarşı dura bilməz. Bu yanaşma səmimiyyətinizi və içdənliyinizi göstərir.

    Cəsarətli olun.

    Tanışlıq anındakı ilk 7 saniyə çox vacibdir. Bu müddətdə açıq və cəsur olmalısınız. Pencəyinizin düyməsini açın, rahat və dik dayanın. Qarşınızdakına güvəndə olduğunu hiss etdirin.

    Duruş çox vacibdir.

    Qarşınızdakına tərəf azacıq əyilərək danışmaq, onunla həqiqətən maraqlandığınızı göstərir. Bədən dilinin danışıqlardakı gücünü göz ardı etməyin.

    Pozitivliyinizi hiss etdirin.

    Pozitivlik keçicidir. Bir dəfə yayılmağa başladısa, hərkəsə keçəcəkdir. Bununla da, insanların ağlında pozitiv biri olaraq qalacaqsınız.

    Səhv etmək insana məxsusdur.

    Səhv etdiyinizdə, panik olmayın. Hamı səhv edə bilər. Panik halında olsanız, daha çox səhv edərsiniz. Panik olmasanız, səhvləriniz də az olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər