Yeni texnologiya wi-fi-ı əvəzləyəcək

Yeni texnologiya wi-fi-ı əvəzləyəcək

Texnologiya
08.05.2017 PAYLAŞIM

 

Texnologiyanın inkişafı ilə əlaqədar internetə olan tələb də günbəgün artmaqdadır. Səudiyyə Ərəbistanda Wi-Fi bağlantısını geridə qoyacaq, data transferini yüz dəfə daha sürətli həyata keçirəcək ağ işıq lazeri təqdim edilib

İddialara görə, bu yeni texnologiya sayəsində saniyədə 2 GB data transfer olunacaq. Bu sürətlə hətta yüksək effektli filmlər belə daha tez kopyalana bilər. Popsci saytının məlumatına görə, keçən il "Velmenni" şirkəti Wi-Fi bağlantısının sürətini 100 qat artırmaq üzərində işləmişdi. Li-Fi adı verilən bu texnologiya saniyədə 1 GB-a qədər datanın transferini həyata keçirilə bilirdi. Səudiyyə Ərəbistan isə yeniliyə imza ataraq bu rəqəmi 2 qat artırdı və 2 GB-a çatdıra bildi. Mövzu haqda məqalə isə ACS Photonics jurnalında yayımlanıb.


Bu yeni texnologiya isə Səudiyyə Ərəbistanındakı Kral Abdulla Universitetinin alimləri tərəfindən kəşf edilib. Texnologiya Visible Light Communication (Görünən İşıq Xəbərləşməsi) sisteminin təməlini qoymaqla bərabər, LED istifadə edərək, aydınlatma və kommunikasiyanı bir araya gətirir.

Başqa sözlə desək, data transfer edən bağlantı əslində elektrikli lampanın işıqları sayəsində reallaşır. Gələcəkdə naqilsiz bağlantı üçün yaşadığımız yerin işıqlarını yandırmaq kifayət edəcək.




DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×