main-post-cover

    Yeni Tomb Raider filmində Lara Croft obrazını kim canlandıracaq?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Məşhur Tomb Rider oyunu haqqında çəkiləcək yeni filmdə Lara Croft obrazının Daisy Ridley tərəfindən calandırılacağı barəsində yayılmış şaiyələr özünü doğrultmadı. Bugün məlum olub ki, Lara Croft obrazını "The Danish Girl” filmindəki roluna görə Oskar mükafatı almış Alicia Vikander canlandıracaq. GK Films şirkəti hələ 2011-ci ildə məşhur oyun seriyası haqqında filmin lisenziyasını əldə etmişdi. Şirkətin direktoru Graham King hələ o vaxtı sözügedən layihəni tək başına reallaşdırmaq istəyirdi. Lakin günümüzdə bu cür layihələri böyük şirkətlərin köməyi olmadan reallaşdırmaq demək olar ki, qeyri-mümükündür. Məhz buna görə filmin ərsəyə gəlməsi üçün GK Films MGM və Warer Bros. şirkətləri ilə əməkdaşlıq edəcək. Yeni filmin ssenarisini Geneva Robertson-Dworet hazırlayıb. Rejissor qismində isə Roar Uthaug iştirak edəcək. Yeni Lara  Croft obrazı üçün bir sıra gənc aktrisalar öz şanslarını sınamışdırlar. Onların arasında Daisy Ridley, Cara Delevingne, Emilia Clarke və Saoirse Ronan kimi aktrisalar var idi. Lakin ən yaxşı namizəd kimi Alicia Vikander seçilib. Qeyd edək ki, Tomb Raider seriyasıın ilk oyunu 1996-cı ildə satışa çıxmışdır. Lara Croft əsasında çəkilmiş iki filmdə isə baş obrazı Angelina Jolie canlandırmışdır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər