main-post-cover

    Yeni Transformer-lərin çıxış tarixləri bəlli olub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Paramount Pictures studiyası "Transformers 5", "Transformers 6", "Transformers 7" filmlərinin premyera tarixlərini təqdim edib. Verilən məlumata görə "Transformers 5" izləyicilərə 23 İyun 2017-ci il tarixində, "Transformers 6" 8 İyun 2018-ci il tarixində, "Transformers 7" isə 28 İyun 2019-cu il tarixində təqdim olunacaq. Hər 3 filmin rejissoru yenə Michael Bay olacaq. 5-ci hissədə insanlarla robotların qarşıdurmasından bəhs olunacağı halda 6-cı film tamamilə Bumblebee personajına həsr olunacaq. Yəni 6-cı film spin-off olacaq. Studiya gələcəkdədə digər spin-offları çəkməyi planlaşdırır. Məsələn planlaşdırılan spin-offlar arasında hadisələrin Cybertron planetində baş vermə ehtimalı çox böyükdür. Əsas filmlərə gəldikdə isə 5-ci hissəyə "Transformers: Age of Extinction" filminin baş qəhrəmanlarının qayıtması gözlənilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər