Yeni virus növü bütün kompüterlər üçün təhlükəlidir

08.05.2017 0 PAYLAŞIM 5484 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Kaspersky Lab " tərəfindən ortaya çıxarılan yeni virus növü bütün əməliyyat sistemləri üçün təhlükə mənbəyidir

Artıq viruslar nəinki kompüterlərə, həmçinin elektron cihazlara da təsir etməyə başlayıb. TheHackerNews-un verdiyi məlumata görə, zərərli proqramlara qarşı etdiyi çalışmalarla diqqət çəkməyi bacaran "Kaspersky " yeni bir virus növünü ortaya çıxarıb. Bu virus digərlərindən fərqli olaraq bütün əməliyyat sistemləri üçün təhlükə mənbəyidir. C++ proqramlaşdırma dili ilə yazılan virus, troyan virusunun sahib olduğu bütün xüsusiyyətləri özündə saxlamaqla yanaşı, bütün əməliyyat sistemlərinə mənfi təsir göstərə bilir. Hacker ilə qarşı tərəf arasında AES-256 tip şifrələmə həyata keçirən virus, hackerin təyin olunmasını mümkünsüz edir. Virusun kimlərə təsir etdiyi bilinməsə də, istifadəçilərə mənfi təsirini nəzərə almamaq olmur.